«Qarabağ»ın daha bir futbolçusu Macarıstana yollana bilər.
Bizim.Media xəbər verir ki, 17 qolla Premyer Liqanın cari mövsümünün ikinci bombardiri olan Ramil Şeydayev bu ölkədən dəvət alıb.
«Debresen» onunla yaxından maraqlanır. Macarıdstan çempionatının iddialı klubu millimizin də formasını geyinən hücumçuya 2 illik müqavilə təklif edib. «Debresen» bu mövsüm avrokuboklara vəsiqə qazanmağa çox yaxındır.
23 tura 34 xal toplayan komanda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Qeyd edək ki, Ramil Şeydayev hələ də yeni müqavilə təklifini qəbul etməyib.
Rəşad Rafiqoğlu, Bizim.Media