“Qarabağ” aparıcı futbolçularından biri olan Riçard Almeydanın müqaviləsini uzatmaq istəyir.
Bizim.Media xəbər verir ki, uzun müddətdir komandanın şərəfini qoruyan braziliyalı yarımmüdafiəçi ilə hazırda danışıqlar gedir.
Əgər razılıq əldə olunsa, milliləşdirilmiş legioner növbəti mövsümdə də Ağdam klubunun uğurları üçün çalışacaq.
Qeyd edək ki, Almeyda 2012-ci ildən “Qarabağ”da oynayır. O, bir müddət Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərində, həmçinin ölkəmizdə “Zirə” klubunda da top qovub.
Rəşad Rafiqoğlu, Bizim.Media