Karlos Soler, Renato Sançes, Fabian Ruiz, Xuan Bernat və Huqo Ekvitik PSJ-dən ayrıla bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Bildirilib ki, potensial transferlər Paris təmsilçisinin maliyyə feyr-pleyinə uyğunlaşmaq üçün klubun gəlirləri və xərcləri arasındakı fərqi azaltması ehtiyacı ilə əlaqələndirilir.
Maraqlıdır ki, 5 futbolçunun hamısı ötən yay komandaya qoşulub.
PSJ Liqa 1-də 27 turdan sonra turnir cədvəlinə başçılıq edir. Kristof Qaltyenin komandasının 66 xalı var. Komanda 2-ci pillədə qərarlaşan "Marsel"i 10 xal qabaqlayır.
Bizim.Media