"Mançester Yunayted" futbolçusu Kazemironun cəzasına etiraz etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
31 yaşlı arımmüdafiəçi İngiltərə Premyer Liqasının 27-ci turunda "Sauthempton"la matçda (0:0) qırmızı vərəqə alaraq meydandan qovulub. Braziliyalı futbolçu bir mövsümdə ikinci dəfə qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb .
“Mançester Yunayted” Kazemironun cəzası ilə bağlı apellyasiya şikayəti verməmək qərarına gəlib. Beləliklə, o, İngiltərə lubokunda "Fulhem"i Premyer Liqada "Nyukasl", "Brentford" və "Everton"la qarşılaşmaları buraxacaq .
Bizim.Media