Rumıniyanın Buxarest şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb.
Bizim.Media xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.
Xasay Həsənli (77 kq) qitə birinciliyinə inamlı start verib.
Ötən il analoji yarışın qalibi olan pəhləvanımız əvvəlcə türkiyəli Şahan Acara (10:0), daha sonra isə litvalı Aistis Liauqminasa (9:0) tam üstünlüklə qalib gəlib.
Yarımfinalda ukraynalı Nikita Politayevdən (5:1) güclü olan Həsənli sabah finalda moldovalı Aleksandrin Qutu ilə üz-üzə gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media