“Qəbələ”nin aparıcı legioneri İsnik Alimi mövsümün sonunda komandanı tərk edəcək.
Bizim.Media xəbər verir ki, əyalət klubunda ikinci mövsümünü keçirən şimali makedoniyalı futbolçunun artıq yeni komandası da bəllidir.
Cari mövsümdə vurduğu 5 qolla komandanın ən sərrast oyunçusu olan yarımmüdafiəçi «Zirə»yə keçməyə yaxındır.
Onun «qırmızı-qaralar»la sözləşməsi mövsümün sonunda başa çatacağından Rəşad Sadıqpvun komandasına azad agent kimi transfer olunacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media