Türkiyə klublarının Azərbaycan klubları ilə xeyriyyə matçı keçirəcəkləri ilə bağlı məlumat vermişdik.
Bizim Media xəbər verir ki, ilk olaraq “Beşiktaş”ın belə bir planı var idi.
Son olaraq “Qalatasaray”ın da Azərhaycana gəlmək variantı yarandı. İstanbul klubunun ölkəmizdəki rəqibi də bəllidir. Bu çempion “Qarabağ”dır.
Ağdam təmsilçisi artıq oyunun reallaşacağını təsdiqləyib. Klubun idman direktoru Əmrah Çəlikəl “sarı qırmızılılar”la ilkin razılıq əldə etdiklərini deyib. Ancaq matçın yeri və vaxtı barədə hələ dəqiq məlumat yoxdur.
Qeyd edək ki, oyunun Türkiyədəki zəlzəzələdən əziyyət çəkənlərə yardım məqsədi ilə xeyriyyə xarakteri daşıyacağı gözlənilir.
Qeyd edək ki, bu matçın mart ayında milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə zamanı keçirilməsi nəzərdə tutulur.
Rəşad Rafiqoğlu, Bizim.Media