İsveçrə çempionatında 24-cü turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” doğma meydanda “Vintertur”la qarşılaşıb. Renatın komandası oyundan qələbə ilə ayrılıb - 2:1.
Renat da bu görüşün iştirakçısı olub. O, əsas heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. "Qrashopper"in ilk qolunu da elə məhz 41-ci dəqiqədə Dadaşov vurub.
Qeyd edək ki, “Qrasshopper” 24 turdan sonra 28 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media