Millimizin baş məşqçisi Canni de Byazi AVRO-2024-nün seçmə mərhələsində ilk matçlara debütant çağıracağı gözlənilir.
Bizim.Media xəbər verir ki, bu, "Kəpəz"in yarımmüdafiəçisi Fərid Nəbiyevdi.
Belə ki, italiyalı mütəxəssis 24 yaşlı bu hücumameyilli yarımmüdafiəçi ilə hələ qış fasiləsində klubların Antalya toplanışı zamanı yaxından maraqlanır.
De Byazinin Gəncəyə ilk səfəri də əsasən Fəridlə bağlı olub. O, Nəbiyevin "Zirə"ylə görüşdə həm baxımlı qoluna, həm yaxşı oyununa şahid olub.
Rəşad Rafiqoğlu, Bizim.Media