Basketbol Liqasında 21-ci turun daha bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində, "AAAF Xırdalan" və "Zirvə Astara" basketbolçuları qarşılaşıb.
Əlavə vaxtın yaşandığı oyunda geri dönüş edən "AAAF Xırdalan", 90-85 hesabı ilə çətin qələbə qazanıb.
Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" ( Endryu Korum - 21 xal, 16 ribaund ), "Zirvə Astara BK" (Cerret Henderson - 21 xal, 10 ribaund ) seçiliblər.
Rəşad Rafiqoğlu, Bizim.Media