“Trabzonspor”dakı vəzifəsindən dünən istefa verdiyini açıqlayan baş məşqçi Abdullah Avcı bu gün futbolçuları və klub heyəti ilə vidalaşmaq üçün Trabzona gəlib.
Bizim.Media xəbər verir ki, hava limanında tünd qırmızı-mavili azarkeşlər tərəfindən gül-çiçəklə qarşılanan Abdullah Avcı “Hər şey üçün təşəkkür edirəm. Ayaqlarınıza sağlıq. Tezliklə görüşərik” deyərək onlara xitab edib.
Ötən mövsüm 38 ildən sonra "Trabzonspor"u Super Liqa çempionluğuna daşıyan məşqçi Avcı azarkeşlərə təşəkkür etdikdən sonra onu gözləyən avtomobillə hava limanından ayrılıb.
Rəşad Rafiqoğlu, Bizim.Media