Növbəti mövsüm üçün I Divizionda komanda sayını artırmağı düşünən AFFA "Region Liqası"ndan bəzi komandaları diviziona gətirməyi düşünür.
Bizim.Media xəbər verir ki, 3 komandanın şansı daha çoxdur. Söhbət "Füzuli", "Qusar" və "Karvan"dan gedir. Xüsusilə stadionu və bazası olan "Karvan"ın şansı daha çoxdur.
Məsələ ilə bağlı son qərarın yayda veriləcəyi gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media