Çempionlar Liqasının 1/8 final mərhələsinin "Çelsi" - "Borussiya" (Dortmund) cavab oyunu nəzərdə tutulduğundan 10 dəqiqə gec başlayıb.
Bizim.Media "Mirror"a istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 00:00-da start götürməli olsa da, saat 00:10-da başlayıb.
Buna səbəb Dortmund "Borussiya"sının futbolçularını daşıyan avtobusun "Çelsi"nin ev oyunlarını keçirdiyi stadionu "Stemford Bric"ə gedərkən tıxaca düşməsi olub.
Xatırladaq ki, bu komandalar arasında ilk görüş “Borussiya”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Kərim Adeyemi vurub.
Bizim.Media