Bu gün Birinci Divizion oyunu üçün Şamaxıya səfər edərkən avtobusu qəzaya uğrayan “Mingəçevir” klubu son durumu açıqlayıb.
Bizim.Media xəbər verir ki, klubun açıqlamasında komanda üzvlərinin artıq Mingəçevirə çatdığı qeyd olunur.
Qəzada yaralanan klubun idman direktoru Zaur Qarayev isə Bakı şəhərində “Bona Dea” xəstəxanasına yerləşdirdirilib.
Həkimlərin verdiyi ilkin rəyə görə, onun da ciddi zədəsi yoxdur.
Rəşad Rafiqoğlu, Bizim.Media