Yeni mövsüm I Divizionda əvəzedici komandalar iştirak etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra assosiasiyanın baş katibi Sərxan Hacıyev açıqlama verib.
O bildirib ki, Yüksək Liqada mübarizə aparan klubların əvəzedici komandaların çempionatı ayrı keçiriləcək:
"Yeni mövsüm Divizionda 10 komanda iştirak edəcək. Həmin komandalara dövlət tərəfindən maliyyə ayrılacaq. Bu, 3 milyon manat olacaq. Hər futbol klubunun payına 300 min manat düşür".
Rəşad Rafiqoğlu, Bizim.Media