“Səbail”in müdafiəçisi Turan Manafov karyerasını başqa klubda davam etdirə bilər. Hazırda onunla “Sumqayıt” maraqlanır.
Bizim.Media xəbər verir ki, Manafov bir neçə xarici klubla da danışıq aparır. Onun niyyəti ilk növbədə karyerasını xarici klubda davam etdirməkdir. Ancaq bu variant alınmayacağı təqdirdə o, “Sumqayıt”a transfer olunacaq.
Qeyd edək ki, Turan Manafov bir müddət Yunanıstanda legioner həyatı yaşayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media