Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappenin "İnstaqram" izləyicilərinin sayı 100 milyona çatıb.
Bizim.Media xəbər verir ki, o, ümumilikdə bu göstəriciyə nail olan 30-cu şəxs, 6-cı idmançıdır.
İdmançılar arasında abunəçi sayına görə Mbappe yalnız Kriştiano Ronaldo (556 milyon), Lionel Messi (437 milyon), hindistanlı kriketçi Virat Kohli (239 milyon), Neymar (205 milyon) və basketbolçu Lebron Ceymsdən (147 milyon ) geri qalır.
Bizim.Media