"Turan Tovuz" yarımmüdafiəçi Şakir Seyidovun daha 1 il Tovuzda qalmasını istəyir.
Bizim.Media xəbər verir ki, baş məşqçi Ayxan Abbasov futbolçunun oyunundan razıdır və onun xidmətindən gələn mövsüm də istifadə etmək istəyir.
Bunun üçün Tovuz təmsilçisi futbolçunun məxsus olduğu "Sabah"la danışıqlar aparacaq.
Qeyd edək ki, Seyidov Şakir "Turan Tovuz"da icarə əsasında çıxış edir.
Rəşad Rafiqoğlu, Bizim.Media