Dünya idman ictimaiyyəti Rusiya idmançılarının gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakına qarşı çıxdığı bir vaxtda fransızlar başqa fikirdədir.
Bizim.Media xəbər verir ki, "Odoxa”nın keçirdiyi sorğunun nəticələrinə görə, Fransa sakinlərinin 72 faizi rusiyalı idmançıların Paris Olimpiadasında iştirak etməsini istəyir.
Onların 44 faizinin fikrincə, ruslar neytral statusda Olimpiadada mübarizə aparmalıdır. 28 faizi isə hesab edir ki, bu ölkənin atletləri öz bayraqları ilə 4 illiyin nəhəng yarışına qatılmalıdır.
Xatırladaq ki, Paris Olimpiadası gələn il iyulun 26-dan avqustun 11-nə qədər keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media