Türkiyə Super Liqasında 23-cü turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" doğma meydanda "Giresunspor"u qəbul edəcək.
Qarşılaşma Bakı vaxtilə saat 17:00-da start götürəcək.
Baş məşqçi Aleksandar Stanoyeviç şans verəcəyi təqdirdə Mahir Emreli Türkiyə çempionatında debüt edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media