Qabil Sayadov Azərbaycan Milli Karate Federasiyasının Baş katibi kimi fəaliyyətə başlayıb.
Bizim.Media xəbər verir ki, Q.Sayadov WFKU (World Full Contact Karate Union)-nun Azərbaycanda rəsmi nümayəndəsi, Avropa Kyokuşin Karate Təşkilatının kata və kumite üzrə A kateqoriyalı referisi, beynəlxalq dərəcəli 5-ci dan qara kəmər ustası, Azərbaycan Full Kontakt və Kyokuşin Karate Federasiyasının Hakimlər Komitəsinin sədri və baş hakimidir.
O həmçinin, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun məşqçi müəllimi olub.
Q.Sayadov Xətai İdman Mərkəzi və Araz-Zəngilan Peşəkar İdman Klubunun təsisiçisi və rəhbəridir.
Bizim.Media