Bolqarıstanın paytaxtı Sofiyada Dan Kolov və Nikola Petrovun xatirə turnirinə start verilib.
Bizim Media xəbər verir ki, yarışın ilk günündə mübarizəyə qoşulan hər iki güləşçimiz uğurla çıxış edib.
61 kq-da İntiqam Vəlizadə bütün rəqiblərinə qalib gələrək finala yüksəlib.
O, qızıl medal uğrunda görüşdə türkiyəli Recep Topalla qarşılaşacaq. 92 kq-da çıxış edən İbrahim Yusubov isə bürünc medal uğrunda görüşdə Moldova idmançısı ilə üz-üzə gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media