Braziliya millisinin müdafiəçisi Danilo “Yuventus”da qalıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisi onunla 2025-ci ilin yayına qədər yeni müqavilə imzalayıb.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2019-cu ildə “Mançester Siti”dən “Yuventus”a keçmişdi. Bundan əvvəl o, “Amerika Mineyro”, “Santos”, “Porto”, “Real” klublarında oynayıb.
Bizim.Media