PSJ-nin futbolçusu, Argentina millisinin kapitanı Lionel Messi ölkəsində ölümlə hədələnib.
Bizim.Media xəbər verir ki, naməlum şəxslər Rosarioda Messinin həyat yoldaşı Antonellaya məxsus mağazaya 14 dəfə atəş açıblar.
Onlar divara "Messi, səni gözləyirik. Pablo Yavkin (Rosario şəhərinin hazırkı meri) narkotik alverçisidir, səni xilas etməyəcək" yazıblar.
Məsələ ilə bağlı bütün Argentina polisi araşdırma aparır.
Rəşad Rafiqoğlu, Bizim.Media