Niderlandlı futbolçu Mohamed Hamdaui yayda "Zirə"ni tərk edə bilər.
Bizim.Media xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi mövsümün sonunda başa çatır.
"Zirə" legionerinə sözləşməsinin uzadılması ilə bağlı danışıqlara başlamayıb.
2021-ci ilin yayından Azərbaycan klubunda çıxış edən Hamdaui bu mövsüm Premyer Liqada 24 matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media