“Qarabağ”ın futboçusu Elvin Cəfərquliyevə xarici klubların maraq göstərməsi ilə bağlı xəbər vermişdik.
Bizim.Media xəbər verir ki, Türkiyənin “Antalyaspor” və Belçikanın “Anderlext” klublarının futbolçu ilə bağlı təkliflərinin olduğu məlum idi. Hətta Belçika təmsilçisinin Elvini izləmək üçün “Gent”lə oyuna xüsusi skautlar göndərdiyini bu ölkənin mətbuatı yazmışdı. Ancaq Ağdam klubu futbolçusunu satmaq fikrində deyil.
Ötən il Cəfərquliyevlə yeni müqavilə imzalayan çempion Elvinlə bağlı olan təklifləri qəbul etməyib.
2018-ci ildən “Qarabağ”da çıxış edən Elvin Cəfərquliyev bir mövsüm icarə əsasında “Sumqayıt”da da oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media