Vaxtilə “Qarabağ”da oynamış yarımmüdafiəçi Aylton yenidən Azərbaycana qayıda bilər.
Bizim.Media xəbər verir ki, braziliyalı futbolçu bir neçə klubumuzdan təklif alıb. Hazırda Aylton həmin klubların təkliklərini dəyərləndirir. Futbolçunun sonuncu klubu Rusiyanın aşağı divizion təmsilçisi “Rodina” olub.
O, həmçinin Almaniyanın “Ştutqart”, Portuqaliyanın “Braqa” və “Eştoril” klublarında da çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media