Azərbaycan Kubokunun 2022/2023 mövsümünün final matçının keçiriləcəyi stadion müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən oyun “Bakcell Arena”da baş tutacaq.
Ölkə kubokunun həlledici qarşılaşması öncədən elan olunduğu kimi iyun ayının 3-də keçiriləcək.
Qeyd edək ki, bir müddət öncə kubokun həlledici görüşünün Sumqayıtda yeni inşa olunan arenada keçiriləcəyi barədə xəbərlər yayılmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media