“Sumqayıt” növbəti mövsüm üçün heyətinə qatmaq istədiyi futbolçulardan birini artıq müəyyənləşdirib.
Bizim.Media xəbər verir ki, Samir Abasovun komandası "Turan Tovuz"un heyətində özünü yaxşı tərəfdən göstərən futbolçulardan biri Ayxan Hüseynovla maraqlanır.
“Sumqayıt” artıq futbolçu ilə ilkin danışıqlar da aparıb. Yarımmüdafiəçinin son qərarı mövsümün sonunda verəcəyi gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media