Mövsümün sonunda daha bir futbolçu “Qarabağ”ı tərk edəcək.
Bizim.Media xəbər verir ki, söhbət xorvatiyalı legioner Filip Ozobiçdən gedir. Bu mövsüm heyətə düşməkdə çətinlik çəkən yarımmüdafiəçiyə yeni müqavilə təklif olunmayacaq.
Mövsümün sonunda müqaviləsi başa çatacaq “milliləşmiş” legionerin Ağdam klubunu tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, milli komandamızda da çıxış edən Filip Ozobiç 2018-ci ildə “Qəbələ”dən “Qarabağ”a keçib.
Rəşad Rafiqoğlu, Bizim.Media