Voleybol federasiyasının rəhbərliyi millinin üzvləri ilə gorüşüb - FOTO 

Bu il Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hazırlıq prosesinə dair toplantı keçirilib.  

Bizim.Media xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev yığmamızın hazırda Bakıda olan və ölkə çempionatında çıxış edən üzvləri, milli voleybolçular, məşqçilər, həkimlərlə görüşüb.  

Toplantıda voleybolçuların Azərbaycan birinciliyindəki çıxışları və Avropa çempionatına hazırlıq prosesinə dair müzakirələr aparılıb.  

Çıxış edən Faiq Qarayev bildirib ki, milli komandamızın əksər oyunçuları ölkə xaricində çıxış edirlər.

Yığmanın hazırlıq prosesinin başlanmasına az vaxt qaldığını deyən təcrübəli mütəxəssis hazırda burada olan oyunçularımızın fiziki formalarının yüksək səviyyədə olmasının vacibliyini vurğulayıb:  

“Ölkə xaricində olan qızlarımızla əlaqə saxlayırıq, onların oyunlarını da yaxından izləyirik. Bakıda olan oyunçularımızın da fiziki hazırlığının səviyyəsinin yüksəldilməsinə çalışmalıyıq. Bunun üçün indidən tam heyətlə olmasa da məşqlərə başlamağı düşünürük. May ayında isə qızlarımız hamısı ölkəyə qayıdanda məşqlərimizi daha ciddi keçəcəyik. Hazırlıq prosesi çərçivəsində təlimlər, turnirlər nəzərdə tuturuq. Məqsədimiz millinin üzvlərinin hamısının bir arada toplanacağı vaxt hər kəsin tam oyun formasında olmasıdır. Məşqçilərimiz və voleybolçularımızın üzərinə çox böyük vəzifə düşür.  

Həkimlərimiz hər zaman oyunçularla maraqlanmalıdır, çəki ilə bağlı problem və digər çətinliklər olmamalıdır. Qızlarımızın həm fiziki, həm də psixoloji cəhətdən güclü olmaları vacibdir”.  

Faiq Qarayev oyunçular arasında sağlam rəqabətə də diqqət çəkib: “Oyunçularımız arasında sağlam rəqabət olmalıdır. Hər bir idmançı öz üzərində ciddi çalışmalıdır ki, millinin heyətində əsas 14-lükdə yer ala bilsin. Bütün bu sadalananlar olarsa, Avropa çempionatında uğurlu çıxış edə bilərik. Bu gün əsas məqsədimiz düzgün məşq qrafiki və oyunçuların fiziki hazırlıqlarının artırılmasıdır”.  

Daha sonra məşqçilər, həkimlər və voleybolçular komandanın hazırlıq prosesi ilə bağlı öz fikirlərini bölüşüblər.  

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi bu il 15 avqust-3 sentyabr tarixlərində Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi ilə keçiriləcək. Yığmamızın yer aldığı C qrupuna Almaniya ev sahibliyi edəcək. Komandamızın rəqibləri isə meydan sahibi ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2026-cı il bu bürclər üçün daha asan və daha uğurlu OLACAQ

2026-cı il bu bürclər üçün daha asan və daha uğurlu OLACAQ

Tramp: “ABŞ-dan başqa heç bir dövlət Qrenlandiyanın təhlükəsizliyini təmin edə bilməz”

Tramp: “ABŞ-dan başqa heç bir dövlət Qrenlandiyanın təhlükəsizliyini təmin edə bilməz”

İcra başçısı müavinlərini, köməkçisini, baş mühasibi və memarı vəzifələrindən AZAD ETDİ

İcra başçısı müavinlərini, köməkçisini, baş mühasibi və memarı vəzifələrindən AZAD ETDİ

"Real"ın tarixinə düşdü

"Real"ın tarixinə düşdü

Ağcabədidə 10 kiloqramdan çox narkotik AŞKARLANDI - FOTO

Ağcabədidə 10 kiloqramdan çox narkotik AŞKARLANDI - FOTO

Paytaxtın bəzi yerlərində TIXAC VAR - FOTO

Paytaxtın bəzi yerlərində TIXAC VAR - FOTO

Rusiyalı generalı qətlə yetirən erməniyə AĞIR CƏZA

Rusiyalı generalı qətlə yetirən erməniyə AĞIR CƏZA

“Karvan-Yevlax” üç futbolçu ilə YOLLARINI AYIRDI

“Karvan-Yevlax” üç futbolçu ilə YOLLARINI AYIRDI

Xankəndidə TARİXİ GÜN – Onlar doğma yurdlarına qovuşdu – VİDEO

Xankəndidə TARİXİ GÜN – Onlar doğma yurdlarına qovuşdu – VİDEO

Əllər niyə üşüyür? – Səbəbləri açıqlandı

Əllər niyə üşüyür? – Səbəbləri açıqlandı

Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir? - ARAŞDIRMA

Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir? - ARAŞDIRMA

Qazaxıstandan AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ BƏYANAT

Qazaxıstandan AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ BƏYANAT

Sülh Şurasına indiyədək neçə dünya lideri daxil olub? - Ağ Evdən AÇIQLAMA

Sülh Şurasına indiyədək neçə dünya lideri daxil olub? - Ağ Evdən AÇIQLAMA

Timoşenkonun əmlakına həbs qoyuldu

Timoşenkonun əmlakına həbs qoyuldu

Çinin 16 hərbi yük təyyarəsi İrana endi: Nə daşınır?

Çinin 16 hərbi yük təyyarəsi İrana endi: Nə daşınır?

Ukrayna Azərbaycana təşəkkür etdi

Ukrayna Azərbaycana təşəkkür etdi

Satıcının almasını aparan Samir Bədəlov: “Bir də belə hala yol verməyəcəm”

Satıcının almasını aparan Samir Bədəlov: “Bir də belə hala yol verməyəcəm”

Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü TUTULDU

Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü TUTULDU

2 nəfərin 3 milyon manatını mənimsəyən şəxsin məhkəməsi başladı

2 nəfərin 3 milyon manatını mənimsəyən şəxsin məhkəməsi başladı

Populyar arıqlama çayları ilə bağlı TƏHLÜKƏ – Ana olmaq istəyən qadınlara XƏBƏRDARLIQ

Populyar arıqlama çayları ilə bağlı TƏHLÜKƏ – Ana olmaq istəyən qadınlara XƏBƏRDARLIQ

Ucarda ev yanaraq külə döndü – FOTO/VİDEO

Ucarda ev yanaraq külə döndü – FOTO/VİDEO

Qızının hamiləlik paylaşımından danışdı – FOTO

Qızının hamiləlik paylaşımından danışdı – FOTO

Solovyovun oğlu ərə getdi – FOTO

Solovyovun oğlu ərə getdi – FOTO

Rüfət Abbasov Kipr klubunun TRANSFER HƏDƏFİNDƏ

Rüfət Abbasov Kipr klubunun TRANSFER HƏDƏFİNDƏ

End of content

No more pages to load

RADİO