Boksçularımız Rumıniyada 18 medal qazandı – FOTO

Rumıniyanın Arad şəhərində gənc və yeniyetmə oğlan boksçular arasında beynəlxalq turnirə yekun vurulub.

Federasiyadan Bizim.Media-ya saytına verilən məlumata görə, 25 ölkədən 361 idmançının mübarizə apardığı yarışda Azərbaycan millisi 7 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıb.

Bu medallardan 11-nə yeniyetmə boksçularımız sahib olub. Aradda həlledici görüşlərdə rinqə 9 təmsilçimiz çıxıb ki, onlardan da 2 çəki dərəcəsində yığma üzvləri bir-birini sınağa çəkib.

Azərbaycan finalında Əli Baxışov Bilalhəbaşi Nəzərova (46 kq), Tərlan Əhmədov Kənan Aslanlıya (63 kq) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Digər 5 finalçımızın rəqibi isə rumıniyalılar olub. Bu duellərdən 4-də təmsilçilərimiz qələbə qazanıblar. Sübhan Babayev (48 kq) Stefan Bankuni, Elbrus Kərimli (54 kq) Kladio Çeraliunu (Rumıniya), Orucəli Cavadzadə (57 kq) Antonio İordanı (Rumıniya), Mirhəsən İbrahim (60 kq) Daniel Qriqorieni (Rumıniya) məğlub edərək, qızıl medala yiyələniblər. İlkin Məmmədli (+80 kq) – Aleksandru Butoi görüşündə ilə rəqib qalib gəldiyindən həmyerlimiz ikinci yeri tutub.

Komandanın bürünc medallarına Vaqif Hacıyev (57 kq) və Rüstəm Neymətov (66 kq) sahib olublar.

Gənclərdən ibarət yığmanın heyətində isə Ömər Aslanlı (54 kq) bütün rəqiblərinə qalib gələrək, Rumıniyada Azərbaycan himnini səsləndirib. O, finalda ukraynalı Rəsul Quliyevi məğlub edib.
Millinin aktivinə bürünc medalları Rauf Məmmədov, Ramal Yolçuyev (hər ikisi 48 kq), Məhəmmədəli Qasımzadə (57 kq), Aslan Quliyev (63,5 kq), İlfan Xəlilli (80 kq) və Səbuhi Əlizadə (92 kq) yazdırıb.

Beləliklə, yeniyetmə boksçularımız 6 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Gənclərdən ibarət millinin üzvləri isə 1 qızıl və 6 bürünc mükafata yiyələniblər.

Qeyd edək ki, komanda martın 1-də Bakıya qayıdacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2026-cı il bu bürclər üçün daha asan və daha uğurlu OLACAQ

2026-cı il bu bürclər üçün daha asan və daha uğurlu OLACAQ

Tramp: “ABŞ-dan başqa heç bir dövlət Qrenlandiyanın təhlükəsizliyini təmin edə bilməz”

Tramp: “ABŞ-dan başqa heç bir dövlət Qrenlandiyanın təhlükəsizliyini təmin edə bilməz”

İcra başçısı müavinlərini, köməkçisini, baş mühasibi və memarı vəzifələrindən AZAD ETDİ

İcra başçısı müavinlərini, köməkçisini, baş mühasibi və memarı vəzifələrindən AZAD ETDİ

"Real"ın tarixinə düşdü

"Real"ın tarixinə düşdü

Ağcabədidə 10 kiloqramdan çox narkotik AŞKARLANDI - FOTO

Ağcabədidə 10 kiloqramdan çox narkotik AŞKARLANDI - FOTO

Paytaxtın bəzi yerlərində TIXAC VAR - FOTO

Paytaxtın bəzi yerlərində TIXAC VAR - FOTO

Rusiyalı generalı qətlə yetirən erməniyə AĞIR CƏZA

Rusiyalı generalı qətlə yetirən erməniyə AĞIR CƏZA

“Karvan-Yevlax” üç futbolçu ilə YOLLARINI AYIRDI

“Karvan-Yevlax” üç futbolçu ilə YOLLARINI AYIRDI

Xankəndidə TARİXİ GÜN – Onlar doğma yurdlarına qovuşdu – VİDEO

Xankəndidə TARİXİ GÜN – Onlar doğma yurdlarına qovuşdu – VİDEO

Əllər niyə üşüyür? – Səbəbləri açıqlandı

Əllər niyə üşüyür? – Səbəbləri açıqlandı

Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir? - ARAŞDIRMA

Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir? - ARAŞDIRMA

Qazaxıstandan AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ BƏYANAT

Qazaxıstandan AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ BƏYANAT

Sülh Şurasına indiyədək neçə dünya lideri daxil olub? - Ağ Evdən AÇIQLAMA

Sülh Şurasına indiyədək neçə dünya lideri daxil olub? - Ağ Evdən AÇIQLAMA

Timoşenkonun əmlakına həbs qoyuldu

Timoşenkonun əmlakına həbs qoyuldu

Çinin 16 hərbi yük təyyarəsi İrana endi: Nə daşınır?

Çinin 16 hərbi yük təyyarəsi İrana endi: Nə daşınır?

Ukrayna Azərbaycana təşəkkür etdi

Ukrayna Azərbaycana təşəkkür etdi

Satıcının almasını aparan Samir Bədəlov: “Bir də belə hala yol verməyəcəm”

Satıcının almasını aparan Samir Bədəlov: “Bir də belə hala yol verməyəcəm”

Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü TUTULDU

Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü TUTULDU

2 nəfərin 3 milyon manatını mənimsəyən şəxsin məhkəməsi başladı

2 nəfərin 3 milyon manatını mənimsəyən şəxsin məhkəməsi başladı

Populyar arıqlama çayları ilə bağlı TƏHLÜKƏ – Ana olmaq istəyən qadınlara XƏBƏRDARLIQ

Populyar arıqlama çayları ilə bağlı TƏHLÜKƏ – Ana olmaq istəyən qadınlara XƏBƏRDARLIQ

Ucarda ev yanaraq külə döndü – FOTO/VİDEO

Ucarda ev yanaraq külə döndü – FOTO/VİDEO

Qızının hamiləlik paylaşımından danışdı – FOTO

Qızının hamiləlik paylaşımından danışdı – FOTO

Solovyovun oğlu ərə getdi – FOTO

Solovyovun oğlu ərə getdi – FOTO

Rüfət Abbasov Kipr klubunun TRANSFER HƏDƏFİNDƏ

Rüfət Abbasov Kipr klubunun TRANSFER HƏDƏFİNDƏ

End of content

No more pages to load

RADİO