26 fevral tarixində Şəki Olimpiya İdman Kompleksində 19 -cu turun son oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, "Olimpik Şəki" komandası doğma divarlar arasında "Zirvə Astara" basketbolçularını qəbul edib.
Oyuna qonaqlar üstün başlayaraq, yekunda 89-73 hesablı qələbəyə seviniblər.
Ən məhsuldar basketbolçular: "Olimpik Şəki BK" ( Larri Robinson - 18 xal, 6 ribaund ), "Zirvə Astara BK" ( Zaur Paşayev - 20 xal, 9 ribaund ).
Qeyd edək ki, 20-ci turun oyunları 1-5 mart tarixləri aralığında baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
