"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanın çempionatının 18-ci turunda "Damak"a qarşı səfər matçında het-trik edib.
Bizim.Media xəbər verir ki, portuqaliyalı hücumçu 18 (pen), 23, 44-cü dəqiqələrdə fərqlənib.
O, komandasının hər üç qolunun müəllifi olub. Bu, onun dekabrda transfer olunduğu "Əl-Nəsr"lə Səudiyyə Ərəbistanı çempionatında vurduğu 8-ci qoludur.
Ronaldo daha əvvəl "Əl-Vəhda" ilə görüşdə (4:0) poker etmişdi, "Əl-Fateh"lə oyunda 1 qol vurmuşdu.
Qeyd edək ki, "Əl-Nəsr" turnir cədvəlində 43 xalla 1-cidir.
Bizim.Media