Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqun “Zenit” klubunun braziliyalı futbolçuları Klaudinyo və Malkolma Rusiya vətəndaşlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya rəhbərinin müvafiq fərmanı fevralın 24-də rəsmi hüquqi informasiya portalında dərc edilib.
Qeyd edək ki, 26 yaşlı Klaudinyo 2021-ci ildən “Zenit”də çıxış edir. Futbolçu klubun heyətində 50 oyun keçirib və bu oyunlarda 13 qol vurub. 25 yaşlı Malkolm isə 2019-cu ildən Sankt-Peterburq komandasında çıxış edir. O, “Zenit”də 98 oyun keçirib və 29 qol vurub.
Bizim.Media