"Qarabağ" bu gün Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə cavab oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Belçika klubu ilə bu dəfə səfərdə üz-üzə gəlir.
Görüş "Gelamko Arena"da oynanılır. Qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edir.
Qeyd edək ki, komandalar arasında Bakıdakı ilk matçda "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.
Təmsilçimiz iki oyunun cəmində də qalib gələrsə, avrokuboklarda 1/8 finala adlayan ilk Azərbaycan klubu olacaq.
"Gent" (Belçika) - "Qarabağ" (Azərbaycan) - 0:0 (Birinci hissə)
Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya)
VAR: Devid Kut (İngiltərə)
Bizim.Media