Basketbol Liqasında 19-cu tura start verilib.
Bizim.Media xəbər verir ki, açılış matçında "Sərhədçi" İdman Mərkəzində, "NTD" və "Sabah" basketbolçuları qarşılaşıb.
Xalaxal prinsipi ilə davam edən oyunun yekununda "Sabah" 82-72 hesablı qələbə qazanıb.
Oyunda ən məhsuldar basketbolçular: "NTD BK" ( Zak Hadson - 18 xal, 4 ribaund ), "Sabah BK" ( Entoni Patti - 18 xal, 14 ribaund ).
Rəşad Rafiqoğlu, Bizim.Media