Belçikanın "Anderlext" klubu "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevlə maraqlanır.
Bizim.Media xəbər verir ki, Brüssel təmsilçisi Konfrans Liqasında bu gün "Gent"ə qarşı keçiriləcək matçda müdafiəçini izləmək üçün skaut göndərə bilər.
Bu barədə Belçika mətbuatı məlumat yayıb.
Xəbərdə Elvinlə Türkiyənin "Antalyaspor" klubunun da maraqlandığı qeyd olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media