“Səbail” yayda vidalaşacağı legionerlərdən birini müəyyənləşdirib.
Bizim.Media xəbər verir ki, Bayıl təmsilçisi Emil Martinovla yollarını ayıracaq.
Şahin Diniyevin baş məşqçi postuna gəlməsindən sonra start heyətinə həsrət qalan bolqar, son matçlarda ümumiyyətlə, şans qazanmır.
Martinovun müqaviləsi mövsümün sonunda başa çatacaq. Ona yeni anlaşma təklif edilməyəcək.
2018/19 mövsümündə də ölkəmizdə cəmi bir il keçirmiş yarımmüdafiəçinin “Səbail”ə ikinci gəlişi də uğursuzluqla yadda qaldı.
Rəşad Rafiqoğlu, Bizim.Media