25-26 fevral tarixlərində Polşanın paytaxtı Varşava şəhərində cüdo üzrə Açıq Avropa turniri keçiriləcək.
Bizim.Media xəbər verir ki, yarışa 44 ölkədən 463 idmançı qatılacaq. Azərbaycan turnirdə 5 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçularımıza qadınlardan ibarət yığma komandanın məşqçiləri İmamverdi Məmmədov və Vüqar Hüseynov rəhbərlik edəcək. Yarışda iştirak edəcək idmançılarımızın siyahısını təqdim edirik.
48 kq Ramilə Əliyeva, 52 kq Zeynəb Məmmədova, 63 kq Diana Şoranova, Nərgiz Hacıyeva, 70 kq Günel Həsənli, 78 kq Aytəkin Paşazadə
Rəşad Rafiqoğlu, Bizim.Media

