Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşib.
Bizim.Media xəbər verir ki, həmin oyunlar fevralın 25-də və 28-də baş tutacaq. Fevralın 25-də VI turdan təxirə salınmış “Xarı bülbül” - “Murov” qarşılaşması keçiriləcək.
Oyun saat 15:00-da başlayacaq. Fevralın 28-də isə VII turun təxirə salınan “Xarı bülbül” - MOİK matçı təşkil olunacaq. Bu görüşün start fiti saat 16:00-da çalınacaq. Hər iki matç Voleybol Mərkəzində keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
