"Gent"in baş məşqçisi: “Qarabağ”ı keçmək çətin olacaq”

"Gent"in baş məşqçisi Heyn Vanhazebruk Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la evdə keçirəcəkləri cavab oyunu barədə danışıb.  

Bizim.Media xəbər verir ki, o, "Qarabağ"a qarşı cavab oyununun çətin olacağını və ilk matçdakından daha diqqətli davranmalı olduqlarını deyib:  

"Növbəti mərhələyə keçmək istəyiriksə, son zərbələr zamanı daha dəqiq olmalıyıq. İlk oyunda qapıya kifayət qədər zərbə endirə bilmədik.

Bu, o qədər də yaxşı deyil. Çərçivəyə düşə bilmirsənsə, qol olmayacaq. Rəqib bizdən 2 dəfə çox qol epizodu yaratdı. Cavab oyununda daha yaxşı oynamalıyıq. Bunun keyfiyyətlə əlaqəsi var. Demirəm ki, bizdə bu amil çatışmır. Sadəcə, fürsət düşəndə istifadə etməlisən. "Qarabağ"a qarşı cavab oyunu çətin olacaq. Rəqibə bu keyfiyyətə sahib olduğumuzu göstərməli və heç olmasa onların qapıçısını işləməyə məcbur etməliyik. "Qarabağ" son çempionat matçında bizə qarşı oynamış 11 futbolçudan 9-na istirahət vermişdi. Biz isə hazırda bunu edə bilmirik. Bu, ağır zədə yükü ilə bağlıdır. Üstəlik, çoxdandır komandanın effektivliyi yoxdur. İki komandanın statistikasını müqayisə etsək, bu, daha aydın görünər". 

Baş məşqçi bildirib ki, seçmə mükafatında 600 min avrodan əlavə, klub üçün idman əhəmiyyəti və nüfuzu da var:

“Məqsədimiz ilk növbədə Avropa Liqasına vəsiqə qazanmaq idi, buna nail ola bilmədik, amma bilirdik ki, təhlükəsizlik şəbəkəmiz var idi. Sonra məqsədimiz Konfrans Liqasında qışlamaq idi. Biz buna artıq nail olmuşuq, lakin indi qarşımıza yeni hədəflər qoyuruq. Keçən il 1/8 finalda mübarizədən kənarlaşdırıldığımız vaxtdan daha yaxşı işləmək istərdik. Ona görə də sabah davam etməliyik”.  
Qeyd edək ki, sabah keçiriləcək "Gent" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İngiltərə klubunda ciddi itki

İngiltərə klubunda ciddi itki

Qarlı havaya görə məktəblər BAĞLANACAQ? - Rəsmi AÇIQLAMA

Qarlı havaya görə məktəblər BAĞLANACAQ? - Rəsmi AÇIQLAMA

"AnewZ" "Liviya Qəddafinin devrilməsindən 15 il sonra" adlı sənədli film HAZIRLADI - VİDEO

"AnewZ" "Liviya Qəddafinin devrilməsindən 15 il sonra" adlı sənədli film HAZIRLADI - VİDEO

Masazırda güclü yanğın olub - VİDEO

Masazırda güclü yanğın olub - VİDEO

DİQQƏT: Bakının bəzi ərazilərində sabah qaz olmayacaq

DİQQƏT: Bakının bəzi ərazilərində sabah qaz olmayacaq

“Trabzonspor”un futbolçusu Belçika KLUBUNDA

“Trabzonspor”un futbolçusu Belçika KLUBUNDA

71 yaşlı Samux sakini Gəncə xəstəxanasında həyatını itirdi

71 yaşlı Samux sakini Gəncə xəstəxanasında həyatını itirdi

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

Trampdan Üçüncü Dünya müharibəsinə dair AÇIQLAMA: “Məni seçməsəydilər…”

Trampdan Üçüncü Dünya müharibəsinə dair AÇIQLAMA: “Məni seçməsəydilər…”

Rəqsanə mahnısını oxuyan müğənnidən bahalı ƏTİR İSTƏDİ - VİDEO

Rəqsanə mahnısını oxuyan müğənnidən bahalı ƏTİR İSTƏDİ - VİDEO

Zəbt edilən örüş torpaqları, yox olan "KUPÇA": Kürdəmir aqro araşdırma - FOTO/VİDEO

Zəbt edilən örüş torpaqları, yox olan "KUPÇA": Kürdəmir aqro araşdırma - FOTO/VİDEO

Ronaldonun heykəli yandırıldı - VİDEO

Ronaldonun heykəli yandırıldı - VİDEO

Tramp: “ABŞ bütün dünyanı ayaqda saxlayır, biz olmasaq sizin ümumiyyətlə ölkəniz olmaz”

Tramp: “ABŞ bütün dünyanı ayaqda saxlayır, biz olmasaq sizin ümumiyyətlə ölkəniz olmaz”

2026-cı il bu bürclər üçün daha asan və daha uğurlu OLACAQ

2026-cı il bu bürclər üçün daha asan və daha uğurlu OLACAQ

Tramp: “ABŞ-dan başqa heç bir dövlət Qrenlandiyanın təhlükəsizliyini təmin edə bilməz”

Tramp: “ABŞ-dan başqa heç bir dövlət Qrenlandiyanın təhlükəsizliyini təmin edə bilməz”

İcra başçısı müavinlərini, köməkçisini, baş mühasibi və memarı vəzifələrindən AZAD ETDİ

İcra başçısı müavinlərini, köməkçisini, baş mühasibi və memarı vəzifələrindən AZAD ETDİ

"Real"ın tarixinə düşdü

"Real"ın tarixinə düşdü

Ağcabədidə 10 kiloqramdan çox narkotik AŞKARLANDI - FOTO

Ağcabədidə 10 kiloqramdan çox narkotik AŞKARLANDI - FOTO

Paytaxtın bəzi yerlərində TIXAC VAR - FOTO

Paytaxtın bəzi yerlərində TIXAC VAR - FOTO

Rusiyalı generalı qətlə yetirən erməniyə AĞIR CƏZA

Rusiyalı generalı qətlə yetirən erməniyə AĞIR CƏZA

“Karvan-Yevlax” üç futbolçu ilə YOLLARINI AYIRDI

“Karvan-Yevlax” üç futbolçu ilə YOLLARINI AYIRDI

Xankəndidə TARİXİ GÜN – Onlar doğma yurdlarına qovuşdu – VİDEO

Xankəndidə TARİXİ GÜN – Onlar doğma yurdlarına qovuşdu – VİDEO

Əllər niyə üşüyür? – Səbəbləri açıqlandı

Əllər niyə üşüyür? – Səbəbləri açıqlandı

Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir? - ARAŞDIRMA

Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir? - ARAŞDIRMA

End of content

No more pages to load

RADİO