“Sumqayıt”ın yeni transferi Kamran Əliyev milli komandaya çağırıla bilər.
Bizim.Media xəbər verir ki, milliləşdirilməkdə olan futbolçu qarşıdakı seçmə oyunlar üçün yığmanın düşərgəsinə cəlb olunacaq. Baş məşqçi Cani de Byazi Əliyevin oyununu hələ Tula “Arsenal”ında “top qovduğu” vaxtlardan izləyir və futbolçunun xidmətində maraqlı olduğunu AFFA rəhbərliyinə çatdırıb.
Qeyd edək ki, Kamran Əliyevin milliləşdirmə məsələsi hələ tam həll olunmayıb və o, “Sumqayıt”da legioner statusunda oynayır.
Rəşad Rafiqoğlu, Bizim.Media