Türkiyənin "Adana Demirspor" klubu təcrübəli futbolçusu Gökhan Töre ilə yolları ayırıb.
Bizim.Media Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma ilə ləğv edilib.
Bu mövsümün əvvəlində Adana təmsilçisinə transfer olunan Töre cəmi 5 oyunda meydana çıxıb və 2 qol ötürməsi edib.
Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü "Hamburq", "Rubin", "Vest Hem" və "Beşiktaş"da da oynayıb.
Bizim.Media