“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin nə vaxt məşqlərə başlayacağı vaxt bəlli olub.
Bizim.Media xəbər verir ki, təcrübəli qapıçı Almaniyada əməliyyat olunandan sonra bərpa prosesini sürətlə keçir.
Artıq bir aydan sonra qolkiper komanda ilə birlikdə məşqlərə başlaya biləcək. Onun meydana qayıdışı isə həkim və məşqçilərin birgə rəyindən asılı olacaq.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev “Qarabağ”ın Antalya toplanışı zamanı qolunu sındırıb.
Rəşad Rafiqoğlu, Bizim.Media