Bu gün Azərbaycan Elektron İdman Növləri Federasiyasının hesabat-seçki konfransı keçirilib.
Bizim.Media xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.
Yığıncaqda federasiyanın prezidenti Ramil Əliyevin hesabat məruzəsi dinlənilib.
Səsvermə nəticəsində Adil Mahmudov federasiyanın yeni prezidenti seçilib. Yeni prezident ona göstərilən etimada görə təşəkkürünü bildirib, qurumun bundan sonrakı fəaliyyəti və görüləcək işlər barədə danışıb.
Yığıncaqda həmçinin Oqtay Qasımzadə və Ramil Əliyev federasiyanın vitse-prezidenti vəzifəsinə, Ənvər Hüseynov, İmamir Mirzoyeva və Məmməd Əlizadə İdarə Heyətinə üzv seçiliblər.
Rəşad Rafiqoğlu, Bizim.Media