“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev karyerasını xaricdə davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, Türkiyə Superliqa təmsilçisi “Antalyaspor” ona maraq göstərir.
Qardaş ölkə təmsilçisi artıq yarımmüdafiəçiyə təklif də göndərib.
“Antalyaspor”un baş məşqçisi Nuri Şahinin şəxsən Elvninin keçidində maraqlı olduğu deyilir. Mövsüm bitəndən sonra “Antalyaspor” Elvin Cəfərquliyevlə bağlı “Qarabağ”la danışıqlara başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media