PSJ-nin futbolçusu Neymarın son durumu müəyyənləşib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, ilkin müayinədən keçən braziliyalı hücumçunun sağ topuq bağlarının qismən qopduğu müəyyənləşib.
Bu isə o deməkdir ki, futbolçu Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə cavab oyununu buraxacaq.
Qeyd edək ki, Neymar Fransa Liqa 1-in 24-cü turunda "Lill"lə matçda (4:3) zədələnib.
Bizim.Media