21-26 mart tarixləri aralığında "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Kubokunun oyunları baş tutacaq.
Bizim.Media xəbər verir ki, iki qrupda ümumilikdə 8 komandanın iştirakı ilə keçiriləcək kubok oyunları dairəvi sistemdə oynanılacaq və qruplarda ilk iki yeri tutmuş komandalar, kubokun yarımfinalına vəsiqə qazanacaqlar.
Martın 26-sı isə kubokun final oyunu keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Basketbol Kubokunun püşkatma mərasimi fevralın 21-də baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media