“Qarabağ”ın aparıcı üzvü Marko Yankoviç Avropa Konfrans Liqası çərçivəsində “Gent”lə keçiriləcək səfər qarşılaşmasında iştirak edə bilməyəcək.
Bizim.Media xəbər verir ki, zədələnən yarımmüdafiəçi həmin oyunu buraxmalı olacaq.
Qeyd edək ki, “Gent” – “Qarabağ” matçı fevralın 23-də keçiriləcək. İlk oyunda Ağdam təmsilçisi 1-0 hesabı ilə qalib gəlib.
Rəşad Rafiqoğlu, Bizim.Media